"Neftçi"nin futbolçusu kiçik qardaşını Bakı klubuna gətirdi

Azərbaycan 1-ci Liqasında yarışan "Səbail" heyətini daha bir legionerlə gücləndirib.
"Mediasport" xəbər verir ki, Bayıl klubu son olaraq Portuqaliyanın "Vilaverdense" klubunda çıxış etmiş Momo Sako ilə 1 illik müqavilə imzalayıb.
23 yaşlı malili yarımmüdafiəçi 5 nömrəli forma ilə çıxış edəcək.
Xatırladaq ki, futbolçu bu yaxınlarda "Neftçi"yə transfer edilən Falaye Sakonun kiçik qardaşıdır.