"Neftçi"nin sabiq müdafiəçisi bölgə klubu ilə müqavilə bağladı

 "Neftçi"nin sabiq müdafiəçisi bölgə klubu ilə müqavilə bağladı

1-ci Liqada çıxış edəcək "Karvan-Yevlax" daha bir futbolçu ilə anlaşıb.

"Mediasport" xəbər verir ki, Aran təmsilçisi Mirəli Əhmədovla 1 illik müqavilə bağlayıb.

23 yaşlı sol cinah müdafiəçisi karyerası ərzində “Neftçi”, “Sabah”, “Şamaxı” və “Səbail” klublarının formasını geyinib.

O, son mövsümü "Cəbrayıl"da keçirib.