"Turan Tovuz" Türkiyəyə gedir
Turan Tovuz"un yay hazırlıq planı açıqlanıb.
"Mediasport" xəbər verir ki, iyulun 4-də təlim-məşq toplanışının ilk mərhələsi start götürəcək.
Hazırlığın 2 həftəlik birinci mərhələsi Ankaranın Qızılcahamam bölgəsində baş tutacaq.
İkinci mərəhələ isə Boluda reallaşacaq.
Kurban Berdıyev 4 yoxlama görüşündə komandanı sınaqdan keçirəcək.
Rəqiblərin kimliyi və oyunların tarixləri barədə əlavə məlumat veriləcək


