"Neftçi"nin uğursuzu paytaxt klubundan da istefaya göndərildi

2023/2024-cü illər mövsümünün ikinci yarısında "Neftçi”nin baş məşqçisi olmuş Miodraq Bojoviç növbəti dəfə istefaya göndərilib.
"Mediasport" xəbər evrir ki, monteneqrolu mütəxəssis İranın "İstiqlal" klubunda cəmi iki ay işləyə bilib.
Tehran təmsilçisi uğursuz nəticələrə görə onunla yollarını ayırıb.
Paytaxt klubu İran Pro Liqasında Bojoviçlə keçirdiyi 7 oyunun heç birində qələbə qazana bilməyib.
Həmçinin, komanda Asiya Çempionlar Liqasında da mübarizəni dayandırıb.