Fabio Kannavaro Özbəkistan yığmasının baş məşqçisi oldu

2006-cı ilin dünya çempionu Fabio Kannavaro futbol üzrə Özbəkistan milli komandasının baş məşqçisi təyin olunub.
"Mediasport" xəbər verir ki, Özbəkistan Futbol Assosiasiyası italyan mütəxəssislə anlaşdıqlarını açıqlayıb.
Müqavilənin detalları barədə məlumat verilməsə də, millinin DÇ-2026-ya məhz apenninlinin rəhbərliyi altında yollanacağı qeyd edilib.
Xatırladaq ki, veteran müdafiəçinin son iş yeri Xorvatiyada "Dinamo" olub.