"Sabah" və "Kəpəz"in sabiq üzvü "Neftçi" ilə müqavilə bağladı
"Sabah" və "Kəpəz"in sabiq futbolçusu Mixeil Erqemlidze özünə yeni komanda tapıb.
"Mediasport" xəbər verir ki, gürcüstanlı yarımmüdafiəçi karyerasını Qırğızıstanda davam etdirəcək.
26 yaşlı vinger “Neftçi” ilə anlaşıb. Koçkor-Ata təmsilçisi ilə müqavilə bir il üçün nəzərdə tutulub.
