"Qarabağ" onunla 2 illik yeni müqavilə bağladı - RƏSMİLƏŞDİ

Yeni mövsümün planlarını quran "Qarabağ" danışıq apardığı futbolçularından biri ilə müsbət razılığa gəlib.
"Mediasport" xəbər verir ki, söhbət klubla anlaşması başa çatmaq üzrə olan müdafiəçi Kevin Medinadan gedir.
Kolumbiyalı iki illik yeni kontrakta qol çəkib. Bu barədə Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov məlumat verib.
Cənubi amerikalının "köhlən atlar"la müqaviləsi iyunun sonuna qədər idi.
Medina "Qarabağ"ın heyətində 2020-ci ilin iyulundan forma geyinir.