Növbəti idman zonaları Zərdab, Ucar və Kürdəmirdə - FOTOLAR
Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən həyata keçirilən “Sağlam məhəllə” layihəsi çərçivəsində növbəti idman zonaları Zərdab, Ucar və Kürdəmir rayonlarında istifadəyə verilib.
"Mediasport" xəbər verir ki, “Sağlam məhəllə”də minifutbol və basketbol meydançaları, stolüstü tennis və şahmat guşələri, həmçinin açıq havada istifadə üçün trenajor qurğuları quraşdırılıb.
Açılış mərasimlərində iştirak edən gənclər və idman naziri Fərid Qayıbov idman qurğularında məşq edən uşaqlarla və məhəllə sakinləri ilə söhbət edib.
Qeyd edək ki, indiyədək ölkənin müxtəlif şəhər və rayonlarında ümumilikdə 25 “Sağlam məhəllə” layihəsi icra olunub.




