"Qarabağ" - "Tvente" matçından əvvəl əyləncəli fan-zona fürsəti
Sabah UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək "Qarabağ" - "Tvente" matçından əvvəl əyləncəli fan-zona təşkil ediləcək.
"Mediasport" xəbər verir ki, "Azərsun Holdinq"in təşkilatçılığı ilə baş tutacaq fan-zonada xüsusən azyaşlı azarkeşlər əyləncəli futbol həyəcanı yaşaya biləcəklər.
Ənənə halına salınan fan-zonada musiqi, DJ performansı, maraqlı oyunlar, hədiyyələr və əsl futbol ab-havası hökm sürəcək.
Tofiq Bəhramov adına Respublika stadionunun qarşısında olacaq fan-zonaya saat 18:00-dan etibarən daxil ola bilərsiniz.
Xatırladaq ki, matç saat 20:00-da başlanacaq.


