"Təşkil edilən müxtəlif kütləvi tədbirlərin bəhrəsini görürük"

"Təşkil edilən müxtəlif kütləvi tədbirlərin bəhrəsini görürük"

"Yarış Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun əldə etdiyi qələbəyə həsr olunub. Sevindirici haldır ki, qaçışda iştirak edənlərin sayı ildən-ilə artır".

"Mediasport" xəbər verir ki, bu sözləri gənclər və idman naziri Fərid Qayıbov deyib.

O, “Qürurla irəli” devizi ilə təşkil edilən “Qələbə qaçışı” haqda fikirlərini bölüşüb. Nazir qeyd edib ki, qaçışda rekord sayda iştirakçı mübarizə aparıb:

“İl ərzində təşkil edilən müxtəlif kütləvi tədbirlərin bəhrəsini görürük. Artıq müxtəlif qaçış klubları yaranıb. Mən də öz növbəmdə çalışıram ki, keçirilən bütün qaçış yarışlarında iştirak edim. Yarışın keçirilməsində əməyi keçən hər kəsə minnətdarlığımı bildirirəm”.

Xatırladaq ki, “Qələbə qaçışı” 2021-ci ildən ənənəvi olaraq hər il keçirilir.