İlham Əliyev yenidən MOK-un prezidenti seçildi - FOTOLAR

İlham Əliyev yenidən MOK-un prezidenti seçildi - FOTOLAR

Milli Olimpiya Komitəsində (MOK) prezident seçkiləri keçirilib.

“Mediasport” xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev MOK-un IX Hesabat-seçki Baş Məclisində yekdilliklə növbəti 4 il müddətinə quruma rəhbər seçilib.

Baş məclisdə İcraiyyə Komitəsinin və Təftiş Komissiyasının üzvlüyünə də seçkilər keçirilib.

Prezident İlham Əliyev, eyni zamanda, Azər Əliyev, Çingiz Hüseynzadə, Zemfira Meftahətdinova, Fərid Mansurov, Elnur Məmmədli, Faiq Qarayev, Alla Həsənova, Nazim Hüseynov və Namiq Abdullayev MOK-un İcraiyyə Komitəsinin üzvləri seçiliblər.