"Ölkənin ən yaxşı komandasını yalnız belə məğlub etmək olar”
“Qarabağ”ın sabiq futbolçusu Yassin Benzia ötən gün Azərbaycan Kubokunun yarımfinalında keçirilən “Sabah” – “Qarabağ” oyunundakı hakim idarəçiliyi ilə bağlı düşüncələrini paylaşıb.
“Mediasport” xəbər verir ki, karyerasını Səudiyyə Ərəbistanının “Əl Feyha” klubunda davam etdirən vinger baş hakim Rəvan Həmzəzadəni tənqid edib.
Sosial şəbəkə hesabında paylaşım edən əlcəzairli referinin idarəçiliyini biabırçı adlandırıb:
“Hakim, ayıbdır. Ölkənin ən yaxşı komandasını yalnız belə məğlub etmək olar”.
Qeyd edək ki, yarımfinalın cavab matçının son saniyələrində "Sabah"ın futbolçusu cərimə meydançasında əllə oynasa da, baş hakim penalti təyin etməyib.
Bundan sonra meydanda dava-dalaş düşüb.
