Roma Papası öldü, İtaliya A Seriyasının oyunları təxirə salındı

Roma Papası öldü, İtaliya A Seriyasının oyunları təxirə salındı

Roma Papası Fransiskin vəfatı İtaliyada planları dəyişib.

"Mediasport" xəbər verir ki, 88 yaşlı din xadiminin ölümünə görə ölkədə bütün mədəni-kütləvi tədbirlər təxirə salınıb.

O cümlədən peşəkar futbol matçları. Bu gün baş tutmalı olan İtaliya A Seriyasının 4 görüşü ertələnib.

Qeyd edək ki, Papa Fransisk 2013-cü ilin martından Vatikanın lideri idi.