DÇ-2026: Pley-off mərhələsində finalçı ölkələrin adları məlum oldu

DÇ-2026: Pley-off mərhələsində finalçı ölkələrin adları məlum oldu

Futbol üzrə Dünya Kuboku-2026-nın Avropa zonası üzrə pley-off mərhələsi start götürüb.

"Mediasport" xəbər verir ki, A, B, C və D yolunda yarımfinal çərçivəsində 8 görüş baş tutub.

Doğma İstanbulda meydana çıxan Türkiyə milli komandası finala yüksəlib.

Yarımfinalı keçən kollektivlər mundiala getmək üçün mini-finalı da uğurla başa vurmalıdırlar.

Martın 31-də 4 yığma adını mundialın final mərhələsinə yazdıracaq.

Xatırladaq ki, tarixdə ilk dəfə 48 ölkənin iştirakı ilə keçiriləcək dünya çempionatına iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksika ev sahibliyi edəcək.


DÇ-2026. Avropa zonası. Pley-off mərhələsi. Yarımfinal


A yolu

İtaliya - Şimali İrlandiya 2:0

Uels - Bosniya və Herseqovina 1:1 pen., - 2:4

B yolu

Ukrayna - İsveç 1:3

Polşa - Albaniya 2:1

C yolu

Türkiyə - Rumıniya 1:0

Slovakiya - Kosovo 2:4

D yolu

Danimarka - Şimali Makedoniya 4:0

Çexiya - İrlandiya 2:2 pen., - 4:3


Final

İtaliya - Bosniya və Herseqovina

İsveç - Polşa

Türkiyə - Kosovo

Danimarka - Çexiya