Klublarında son oyunlarına çıxacaq futbolçuların rəmzi heyəti
Avropanın "Top-5" liqalarında 2025/2026 mövsümündə klublarında son matçlarına çıxacaq futbolçulardan ibarət simvolik komanda hazırlanıb.
Heyətin dəyəri ümumilikdə 116 milyon avro olaraq dəyərləndirilib.
Rəmzi "11-lik"də Almaniya və Fransa çempionatlarından heç bir futbolçunun adı daxil edilməyib.
Klublarında son oyuna çıxacaq futbolçuların "11-liy"i:
Qapıçı: Yann Sommer ("İnter"; 2,5 milyon avro);
Müdafiəçilər: Endryu Robertson ("Liverpul"; 10 milyon avro), David Alaba ("Real"; 3,5 milyon avro), Con Stounz ("Mançester Siti"; 15 milyon avro), Dani Karvahal ("Real"; 6 milyon avro);
Yarımmüdafiəçilər: Kazemiro ("Mançester Yunayted"; 8 milyon avro), Bernardu Silva ("Mançester Siti", 27 milyon avro), Paulo Dibala ("Roma"; 5 milyon avro);
Hücumçular: Pedro Rodriqes ("Latsio"; 1 milyon avro), Robert Levandovski ("Barselona"; 8 milyon avro), Məhəmməd Salah ("Liverpul"; 30 milyon avro).
Mediasport.com.az


