"Neftçi" rumınlara məğlub oldu
Azərbaycanın "Neftçi" basketbol klubu FİBA Avropa Kubokunun müntəzəm mövsümündə növbəti oyununu keçirib.
"Mediasport" xəbər verir ki, H qrupunda yarışan təmsilçimiz 4-cü tur çərçivəsində "Oradya"nı (Rumıniya) qəbul edib.
Bakı İdman Sarayında baş tutan qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb - 99:83.
Qeyd edək ki, "ağ-qaralar" daha əvvəl qrupda "Fribur Olimpik" (İsveçrə), "Mikonos" (YUnanıstan) və VEF-ə (Latviya) uduzublar.

