Bolqarıstanda oynayan Cəlal səfər məğlubiyyətinə üzüldü

Bolqarıstanda oynayan Cəlal səfər məğlubiyyətinə üzüldü

Futbol üzrə Boqlarıstan çempionatında 20-ci turun görüşləri keçirilir.

"Mediasport" xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Cəlal Hüseynovun formasını geyindiyi "Arda" paytaxt Sofiyada MOİK-lə qarşılaşıb.

Müdafiəçinin komandası hesabı açan tərəf olsa da, sonradan 3 qol buraxaq uduzub.

Hüseynov 90 dəqiqə meydanda olub.

Aktivində 24 xalı olan "Arda" 16 komandalı liqanın turnir cədvəlində 10-cudur.