AFFA Premyer Liqanın FİFA hakimlərini 1-ci Liqaya göndərdi

Futbol üzrə Azərbaycan 1-ci Liqasında 25-ci turun oyun proqramı və hakim təyinatları açıqlanıb.
"Mediasport" xəbər verir ki, Premyer Liqada iş başında olan FİFA referilərinin bir neçəsi aşağı diviziona təyinat alıb.
Bütün qarşılaşmalar eyni saatda - 17:00-da başlanacaq.
Qeyd edək ki, qarşıdakı turların nəticələrindən asılı olmayaraq, çempionluğu təmin etmiş "Qəbələ", həmçinin "İmişli" və "Karvan" Premyer Liqaya lisenziya qazanıblar.
Azərbaycan 1-ci Liqası. 25-ci tur
8 may (cümə axşamı)
“Qəbələ” - “Cəbrayıl”
Hakimlər: Rəvan Həmzəzadə, Səbuhi Soltanov, Səbuhi Əmrahov, Ruslan Quliyev
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Erkin Hüseynov
Qəbələ şəhər stadionu.
“Baku Sporting” - “Difai”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rövşən Rəcəbov
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Asif Əliyev
Binə qəsəbə stadionu.
9 may (cümə)
“Qaradağ Lökbatan” - MOİK
Hakimlər: Rauf Cabarov, Orxan İbişov, Sənan Atayev, Emin Əliyev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Zümrüd Ağayeva
Lökbatan OİK stadionu.
“Zaqatala” - “Karvan”
Hakimlər: Murad Səlimov, Elman Kərimov, Elmin Süleymanov, İslam Məmmədov
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Eldar Məmmədov
Zaqatala OİK stadionu.
“Mingəçevir” - “İmişli”
Hakimlər: Nicat İsmayıllı, Mirnihad Seyidov, Asif Abdullayev, Niyaz Əhmədov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Y.Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydança).