Premyer Liqa klubundan ayrıldı - 1-ci Liqada oynamağı seçdi

 Premyer Liqa klubundan ayrıldı - 1-ci Liqada oynamağı seçdi

1-ci Liqada yeni mövsümə hazırlaşan “Səbail” heyətini yeni futbolçu ilə gücləndirib.

"Mediasport" xəbər verir ki, Bayıl klubu son olaraq Premyer Liqada “Kəpəz”də forma geyinmiş Ehtiram Şahverdiyevi transfer edib.

29 yaşlı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb.

Karyerası ərzində “Kəpəz”, “Turan Tovuz”, “Qəbələ” və “Sumqayıt”da çıxış etmiş Ehtiram Şahverdiyev Premyer Liqada ümumilikdə 198 qarşılaşmada iştirak edib və 6 qola imza atıb.