Transfer tarixləri açıqlandı

 Transfer tarixləri açıqlandı

Futzal üzrə Azərbaycan çempionatlarında 2026/2027 mövsümü üçün transfer dövrünün rəsmi tarixləri təsdiqlənib.

Bu barədə "Mediasport"a AFFA-dan məlumat verilib.

Bildirilib ki, payız transfer pəncərəsi çərçivəsində klublar yeni futbolçuların qeydiyyatını noyabrın 10-u saat 23:59-dək tamamlamalıdırlar.

Qış transfer dönəmi isə 2027-ci il yanvarın 15-də start götürəcək və fevralın 15-i saat 23:59-da yekunlaşacaq.

Bundan əlavə, hazırda heç bir klubla müqaviləsi olmayan azad agent statuslu peşəkar futzalçılar üçün müddət daha uzun nəzərdə tutulub; həmin oyunçuların sifarişi 2027-ci il martın 31-dək gerçəkləşdirilə bilər.