Polşa nəhəngləri "Qarabağ"ın yeni ulduzunu transfer etmək istəyir

Polşa nəhəngləri "Qarabağ"ın yeni ulduzunu transfer etmək istəyir

"Qarabağ"ın son vaxtlar gündəmdə olan futbolçularından Xoni Montiel (Joni Montiel) karyerasını Polşada davam etdirə bilər.

"Mediasport" xəbər verir ki, "Lex" və "Rakuv" klubları ispan vingeri transfer etmək istəyirlər.

La Liqada 20 dekabr 2015-ci ildə Madridin "Santyaqo Bernabeu" stadionunda "Real"la görüşdə debüt etmiş "Rayo Valyekano"nun sabiq futbolçusu Çin və Türkiyə təmsilçilərinin də maraq dairəsindədir.

Lakin mövsümün sonunu gözləyən 27 yaşlı pireneyli qərar verməyə tələsmir.

"Transfermarkt" portalında dəyəri 700 min avro göstərilsə də, Montieli heyətinə qatmaq istəyən komanda "atlılar"a yüksək məbləğdə təzminat ödəməlidir.

Azərbaycan çempionu ötən ilin avqustunda onunla 2+2 şərti ilə müqavilə bağlayıb.