Premyer Liqa tarixinin ən yaxşı transferləri açıqlandı - SİYAHI
ESPN İngiltərə Premyer Liqası tarixinin ən yaxşı futbolçualrının siyahısını hazırlayıb.
"Mediasport" xəbər verir ki, 50 oyunçudan ibarət sıralamanın lideri Tyerri Anri olub.
"Arsenal"ın fransalı veteranı "Liverpul"dan misirli Məhəmməd Salah və "Mançester Siti"dən argentinalı Serxio Agüeronu qabaqlayıb.
Dünya futbolunun superulduzu Kristiano Ronaldo reytinqdə 7-ci pillədə qərarlaşıb.
Premyer Liqa tarixinin ən yaxşı transferləri. İlk "10-luq"
1. Tyerri Anri - “Yuventus”dan “Arsenal”a, 16,1 mln avro (1999/2000)
2. Məhəmməd Salah – “Roma”dan “Liverpul”a, 42 mln avro (2017/18)
3. Serxio Aquero – “Atletiko” Madriddən “Mançester Siti”yə, 40 mln avro (2011/12)
4. Frenk Lempard – “Vest Hem”dən “Çelsi”yə, 16 mln avro (2001/02)
5. Eden Azar – “Lill”dən “Çelsi”yə, 35 mln avro (2012/13)
6. Patrik Vieyra – “Milan”dan “Arsenal”a, 5,4 mln avro (1996/97)
7. Kristiano Ronaldo – “Sportinq”dən “Mançester Yunayted”ə, 19 mln avro (2003/04)
8. Erlinq Haaland – “Borussiya” Dortmunddan “Mançester Siti”yə, 60 mln avro (2022/23)
9. Alan Şirer – “Sauthempton”dan “Bləkbörn”ə, 4,5 mln avro (1992/93)
10. Erik Kantona - “Lids”dən “Mançester Yunayted”ə, 1,8 mln avro (1992/93)
