DƏQİQLƏŞDİ: "Neftçi" Qazaxıstan, Misir və Çin klubları ilə görüşəcək
"Neftçi"nin qış planı müəyyənləşib.
"Mediasport" xəbər verir ki, Yuri Vernidubun komandası Birləşmiş Ərəb Əmirliklərinə yollanacaq.
"Ağ-qaralar" paytaxt Əbu Dabidə Misir, Qazaxıstan və Çin kollektivləri ilə qarşılaşacaq.
Bakı klubunun təlim-məşq toplanışı yanvarın 4-dən 17-dək baş tutacaq. Komanda ilk məşqini ayın 5-də keçirəcək.
Yanvarın 9-da rəqib "Kayrat" (Qazaxıstan), 13-də "Piramids" (Misir), 16-da isə "Çenqdu Ronqçenq" (Çin) olacaq.
