"Şəfa" daha 3-nü yola saldı
Premyer Liqaya hazırlaşan "Şəfa" daha 3 futbolçu ilə yollarını ayırıb.
"Mediasport" xəbər verir ki, paytaxt təmsilçisi qapıçı Rəvan Kazımov, müdafiəçi Vüqar Həsənov və yarımmüdafiəçi Ruslan Hacıyevlə vidalaşıb.
Hər üç futbolçu ilə başa çatan müqavilə yenilənməyib.
Xatırladaq ki, onlaradək komandadan Elgiz Kərəmli (baş məşqçi), Əli Həsənli, Zahid Mərdanov, Emin Zamanov, Aqil Nəsibov, Əmir İbrahimzadə, Seymur Rəhimov, Elvin İsmayılov, İbrahim Əliyev, Novruz Məmmədov, Aqşin Paşayev və Urfan İsmayılov göndərilib.


