"Araz-Naxçıvan" UEFA Çempionlar Liqasında 1/8 finala yüksələ bilər
Futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində təmsilçimiz "Araz-Naxçıvan" bu gün yer aldığı 5-ci qrupda son oyununu keçirəcək.
"Mediasport" xəbər verir ki, son ölkə çempionu meydan sahibi "Piast"la (Polşa) qarşılaşacaq.
Qlivise şəhərindəki "Prezero Arena"da baş tutacaq matç Bakı avxtilə saat 22:00-da start götürəcək.
Komandamız qrupda "Uypeşt"ə (Macarıstan) qalib gəlib (5:4), "Buba Mara"ya (Bosniya və Herseqovina) uduzub (3:5).
Qeyd edək ki, yalnız qrup birincisi olacaq komanda 1/8 finalda oynamaq hüququ qazanacaq.

