İdman jurnalistləri arasında intellektual yarış keçirildi - FOTO

İdman jurnalistləri arasında intellektual yarış keçirildi - FOTO

Peşəkar Futbol Liqası, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və “Misli”nin təşkilatçılığı ilə 22 iyul - Milli Mətbuat Gününə həsr olunmuş idman jurnalistləri arasında intellektual yarış keçirilib.

"Mediasport" xəbər verir ki, turnirdə iştirak edən bütün media nümayəndələrinə AFFA və PFL tərəfindən xatirə hədiyyələri təqdim edilib.

80-ə yaxın media nümayəndəsinin iştirak etdiyi turnir maraqlı və yaddaqalan alınıb. Yarışda komandalara Azərbaycan Premyer Liqasının 2025/26 mövsümündə iştirak edəcək 12 klubun adları verilib.

Eyni zamanda, PFL və AFFA-nın əməkdaşları turnirdə müsabiqədənkənar iştirak ediblər. Yekunda "Karvan" komandası qalib, "Qəbələ" ikinci, "Şamaxı" üçüncü olub.

Tədbirin sonunda "Karvan" komandasına pul mükafatı və medallar təqdim edilib. İkinci və üçüncü yerin sahiblərinə pul mükafatı, yarışın xanım iştirakçılarına xüsusi hədiyyələr, eyni zamanda PFL və AFFA-ya aid suallara hamıdan çox cavab verən “Zirə” və “Neftçi” komandalarının üzvlərinə xatirə mükafatları verilib.