"Qarabağ" Yassin Benzia və Patrik Andrade ilə RƏSMƏN vidalaşdı

"Qarabağ" Yassin Benzia ilə yollarını ayırıb.
"Mediasport" Ağdam klubuna istinadən xəbər verir ki, əlcəzairli futbolçu ilə başa çatan müqavilə yenilənməyib.
30 yaşlı giner "köhlən atlar"a 2023-cü ildə Fransanın "Dijon" klubundan keçmişdi.
Benzia "Qarabağ"da 104 oyun, 28 qol və 25 məhsuldar ötürmə ilə yadda qalıb.
************************************************************************************
"Qarabağ" həmçinin Patrik Andrade ilə də vidalaşıb. Kabo verdeli yarımmüdafiəçi ilə iyunun 30-dək olan anlaşmanın müddəti uzadılmayıb.
Patrik Ağdam klubunun heyətində 2020-2022 və 2023-cü ilin yayında forma geyinirdi.