"Ağlını başına toplamayanlar ciddi cəzalandırılacaq" - XƏBƏRDARLIQ

"Ağlını başına toplamayanlar ciddi cəzalandırılacaq" - XƏBƏRDARLIQ

AFFA-nın baş katibi Cahangir Fərəcullayev son həftələr Azərbaycan futbolunda davam edən hakim qalmaqalları ilə bağlı təcili iclas keçirib.

Qurum rəsmisi məhdud sayda rəhbərin iştirakı ilə baş tutan görüşdə ədalət təmsilçilərinin, xüsusilə FİFA referilərinin ciddi nöqsanlara yol verməsini qabardıb, təcili tədbirlər görülməsini tapşırıb.

Fərəcullayev Hakimlər Komitəsinin sədri Rəhim Həsənova dəstəyini bildirməklə yanaşı, onlara qarşı çıxan "qara paltar"lılara xəbərdarlıq mesajını göndərib:

"Ağlını başına toplamayanlar ciddi cəzalandırılacaqlar".

Xatırladaq ki, bir neçə gün öncə redaksiyamıza hakimlərlə bağlı ilginc informasiya daxil olub.

Dəqiqləşdirmişik ki, hakimlərin oyunlarda buraxdığı nöqsanlar qəsdən edilirmiş və bunun kökündə komitə sədri Rəhim Həsənova qarşı kampaniya dayanır.

Başda FİFA hakimi Əliyar Ağayev olmaqla, ədalət təmsilçilərinin əksəriyyəti Rəhim Həsənovun onlara rəhbərliyini qəbul etmir.

Mövzunu diqqətdə saxlayacağıq.

Mediasport.com.az