"Mirror" da "Qarabağ"dan yazdı: "Liverpul"da "müdafiə böhranı" var

"Mirror" da "Qarabağ"dan yazdı: "Liverpul"da "müdafiə böhranı" var

"The Guardian" və "The Athletic" kimi nüfuzlu xəbər saytlarından sonra Böyük Birtaniyanın "Mirror" nəşri də "Qarabağ"dan bəhs edib.

"Mediasport" xəbər verir ki, 1903-cü ildə əsası qoyulmuş ingilis nəşri bu axşam Azərbaycan çempionu "Qarabağ"ın "Liverpul" səfərində şanslarını, mövcud imkanlarını dəyərləndirib.

Qeyd olunub ki, Qurban Qurbanovun komandası mersisaydlılarla tarixində ilk dəfə üz-üzə gələcək, lakin bunadək İngiltərə təmsilçiləri ilə baş tutmuş 8 dueldə qələbə əldə etməyib:

"Hazırda 10 xalla turnir cədvəlində 18-ci yerdə qərarlaşan "Qarabağ" pley-off mərhələsində yerini təmin etmək üçün mübarizə aparır. Onlar "Ayntraxt" (Frankfurt) üzərində 3:2 hesablı qələbədən sonra bu oyuna daha inamla hazırlaşıblar".

Nəşr "Liverpul"un müdafiə böhranı yaşadığını qabardıb:

"Arne Slot böyük bir seçim problemi ilə üzləşir. İbrahima Konate, Co Qomes və Covanni Leoni oynaya bilməyəcək. Bu halda çox güman ki, yarımmüdafiəçi Vataru Endonu müdafiədə görə bilərik. Aleksandr İsak və Konor Bredli də olmayacaq, Federiko Kyezanın meydana çıxması isə sual altındadır".

Xatırladaq ki, bu gecə "Enfild"də keçiriləcək görüş Bakı vaxtilə saat 00:00-da başlanacaq.