"Neftçi"nin yeddi futbolçusu "Turan Tovuz"la oyunu buraxacaq

 "Neftçi"nin yeddi futbolçusu "Turan Tovuz"la oyunu buraxacaq

"Neftçi" Azərbaycan Premyer Liqasının 34-cü turunun "Turan Tovuz"la oyununun hazırlıqlarını başa vurub.

"Mediasport" xəbər verir ki, qərb səfəri öncəsi komandada ciddi itkilər var.

Paytaxt klubu sabah baş tutacaq qarşılaşmada 7 futbolçusunun xidmətindən istifadə edə bilməyəcək.

Emil Səfərov, Robert Bauer, Rafael Quzzo, Ramil Şeydayev, Höccət Haqverdi və Yuri Matias zədə səbəbindən, Elvin Camalov isə cəzalı olduğu üçün meydana çıxmayacaq.

Tovuz şəhər stadionunda keçiriləcək matç saat 19:30-da start götürəcək.