"Qarabağ"ın ÇL rəqibi İsakı transfer etdi, bu keçid futbol tarixinə düşdü

"Qarabağ"ın UEFA Çempionlar Liqasının liqa mərhələsindəki rəqibi "Liverpul" İngiltərə Premyer Liqası tarixində ən bahalı transferə imza atıb.
"Mediasport" xəbər verir ki, Mersisayd təmsilçisi "Nyukasl"dan Aleksandr İsakı 125 milyon funt-sterlinq (145 milyon avro) qarşılığında heyətinə qatıb.
İsveçli 2022-ci ilin yayından "sağsağanlar"ın formasını geyinirdi.
O, karyerası ərzində "Borussiya" (Dortmund, Almaniya) və "Real Sosyedad" (İspaniya) klublarının da formasını geyinib.
İsakın "Liverpul"a transferi "bütün zamanların ən bahalı futbolçu keçidləri" siyahısında 3-cü pillədə yer alıb:
1. Neymar ("Barselona"dan PSJ-yə, 222 milyon avro)
2. Kilian Mbappe ("Monako"dan PSJ-yə, 180 milyon avro)
3. Aleksandr İsak ("Nyukasl"dan "Liverpul"a, 150 milyon avro)
4. Osman Dembele ("Borussiya"dan (Dortmund) "Barselona"ya, 135 milyon avro)
5. Filipe Koutinyo ("Liverpul"dan "Barselona"ya, 135 milyon avro)
6. Joao Feliks ("Benfika"dan "Atletiko"ya, 127 milyon avro)
7. Florian Virts ("Bayer"dən "Liverpul"a, 125 milyon avro)
8. Entso Fernandes ("Benfika"dan "Çelsi"yə, 121 milyon avro)
9. Eden Hazard ("Çelsi"dən "Real"a, 121 milyon avro)
10. Antuan Qrizmann ("Atletiko"dan "Barselona"ya, 120 milyon avro)