"Qarabağ"ın futbolçusu "Zirə"yə lazım olmadı, yolları ayırdılar

“Zirə” Rüstəm Əhmədzadə ilə bağlı qərarını verib.
"Mediasport" xəbər verir ki, qəsəbə təmsilçisinin heyətində icarə əsasında çıxış edən hücumçu ilə yollar ayrılıb.
"Qartallar" müqaviləsi başa çatan 25 yaşlı forvardla anlaşmanın müddətini uzatmayıblar.
O, məxsus olduğu "Qarabağ"a geri qayıdıb.
Xatırladaq ki, Əhmədzadə son iki mövsümü "Zirə"də keçirib.