"Qarabağ"ın oyun üslubunu yaxşı təhlil etmişik" - Xristo Yanev

"Qarabağ"ın oyun üslubunu yaxşı təhlil etmişik" - Xristo Yanev

"Onların oyun üslubunu yaxşı təhlil etmişik və buna ən yaxşı şəkildə cavab verməyə çalışacağıq. İlk oyunda etmək istədiklərimizi bu dəfə də həyata keçirmək istəyirik. “Qarabağ” çox ciddi rəqibdir və öz meydanında oynamağı sevir". 

"Mediasport" xəbər verir ki, bu sözləri Bolqarıstanın ÇSKA (Sofiya) klubunun baş məşqçisi Xristo Yanev deyib.

Mütəxəssis iyulun 30-da UEFA Avropa Liqasının II təsnifat mərhələsində “Qarabağ”la keçirəcəkləri cavab oyunundan əvvəl təşkil olunmuş mətbuat konfransında fikirlərini bölüşüb:

“Komandamın yalnız müdafiə olunmasını istəmirəm. Məqsədimiz böyük arenalarda Bolqarıstanı güclü rəqiblərə qarşı layiqincə təmsil etməkdir.

Güclü tərəflərimiz çoxdur. Futbolçularımız topa sahib olduğumuz anlarda rəqibin buraxdığı boşluqlardan istifadə etməyə çalışmalıdırlar”.

Kollektivdə daxilən özümüzəinamın artdığını hiss edirik. Bu, komandanın düzgün istiqamətdə inkişaf etməsi ilə bağlıdır.

"Qarabağ" keyfiyyətli heyətə malikdir. Meydana buna uyğun taktiki həllərlə çıxacağıq".

Qeyd edək ki, sabah Sofiyadakı "Vasil Levski" stadionunda baş tutacaq ÇSKA - “Qarabağ” qarşılaşması Bakı vaxtı ilə saat 22:00-da başlanacaq.

Komandalar ötən həftə Bakıda qolsuz bərabərə qalıblar.