Final matçının keçiriləcəyi tarix məlum oldu - Azərbaycan Kuboku
Futbol üzrə Azərbaycan Kubokunda 2026/2027-ci illər mövsümünün final oyununun keçiriləcəyi vaxt məlum olub.
"Mediasport" xəbər verir ki, həlledici qarşılaşma mayın 12-də baş tutacaq.
Bu barədə jurnalistlərə açıqlamasında Peşəkar Futbol Liqasının texniki-idman direktoru Elgiz Abbasov məlumat verib.
Bildirilib ki, kubokun finalı Premyer Liqada mövsümün başa çatmasına iki tur qalmış keçiriləcək.


