"Qarabağ"ın oyunlarının tarixləri müəyyənləşdi - Çempionlar Liqası

"Qarabağ"ın oyunlarının tarixləri müəyyənləşdi - Çempionlar Liqası

UEFA Çempionlar Liqasında yeganə təmsilçimiz “Qarabağ”ın III təsnifat mərhələsində “Şkendiya” ilə oyunlarının tarixləri müəyyənləşib.

"Mediasport" xəbər verir ki, Azərbaycan çempionu ilk matçını avqustun 5-də səfərdə keçirəcək.

Şimali Makedoniya klubu ilə Bakıda cavab qarşılaşması avqustun 12-də baş tutacaq.

Görüşlərin saatları hələlik dəqiqləşməyib.