"Qarabağ"ın pley-off mərhələsində potensial rəqibləri müəyyənləşdi

"Qarabağ"ın pley-off mərhələsində potensial rəqibləri müəyyənləşdi

"Qarabağ"ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki potensial rəqibləri müəyyənləşib.

"Mediasport" xəbər verir ki, Ağdam klubu turnirin III təsnifat mərhələsində "Dinamo"nu (Kiyev, Ukrayna) mübarizədən kənarlaşdırsa, növbəti raundda "Tvente" (Niderland) – "DAK 1904" (Slovakiya) cütünün qalibi ilə üz-üzə gələcək.

Pley-off mərhələsinin ilk görüşləri avqustun 20-də, cavab oyunları avqustun 27-də keçiriləcək.