"Qarabağ"ın Polşa klubu ilə oyunu Azərbaycanda canlı yayımlanacaq

"Qarabağ"ın Polşa klubu ilə oyunu Azərbaycanda canlı yayımlanacaq

Türkiyədə təlim məşq toplanışında olan “Qarabağ” yanvarın 16-da Polşanın “Zaqlebye" klubu ilə yoxlama matçı canlı yayımlanacaq.

"Mediasport" xəbər verir ki, bu barədə TVNET platforması açıqlama yayıb.

Bildirilib ki, Ağdam təmsilçisi ilə əldə olunan razılaşmaya əsasən, oyun azərbaycanlı azarkeşlərə "Sport" TV vasitəsilə canlı yayımla təqdim ediləcək.

Qarşılaşma saat 19:00-da start götürəcək.