"Qarabağ"ın sabiq üzvü "Başkimi" klubunun baş məşqçisi oldu

"Qarabağ"ın sabiq üzvü "Başkimi" klubunun baş məşqçisi oldu

İki dönəm “Qarabağ”ın formasını geyinmiş Muarem Muaremin yeni klubu məlum olub.

"Mediasport" xəbər verir ki, 37 yaşlı mütəxəssis Şimali Makedoniyanın “Başkimi” klubunda işləyəcək.

O, Yüksək Liqaya vəsiqə qazanmış kollektivlə 1 illik müqaviləyə qol çəkib.

Qeyd edək ki, Muarem 2012-2015 və 2016-2017-ci illərdə Ağdam klubunun heyətində çıxış edib.