Dünya çempionatı Azərbaycandan sonra Ermənistanda keçiriləcək

Dünya çempionatı Azərbaycandan sonra Ermənistanda keçiriləcək

2029-cu ildə 20 yaşadək futbolçular arasında dünya çempionatı Ermənistan və Gürcüstanın birgə təşkilatçılığı ilə keçiriləcək.

"Mediasport" xəbər verir ki, qərar FİFA-nın İcraiyyə Komitəsinin Kanadanın Vankuver şəhərində keçirilən iclasında qəbul edilib.

İki respublikanın birgə namizədlik təklifi yekdilliklə təsdiqlənib.

Xatırladaq ki, onadək - 2027-ci ildə mundiala Azərbaycan və Özbəkistan ev sahibliyi edəcək.