"Qarabağ"ın UEFA Çempionlar Liqasında rəqibi müəyyənləşdi

"Qarabağ"ın UEFA Çempionlar Liqasında rəqibi müəyyənləşdi

UEFA Çempionlar Liqasında 2025/2026-cı illər mövsümünün ilk iki təsnifat mərhələsinin püşkü atılıb.

"Mediasport" xəbər verir ki, ölkəmizi qitənin bir nömrəli klub turnirində təmsil edəcək "Qarabağ"ın da rəqibi məlum olub.

Azərbaycan çempionu yarışa ikinci təsnifat mərhələsindən başlayacaq. “Səpələnmişlər” səbətində yer alan Ağdam klubu "Şelburn" (İrlandiya) - Linfild (Şimali İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq.

"Köhlən atlar"ın 2-ci raundda oyunları iyulun 22/23 və 29/30-u tarixlərinə təsadüf edəcək.

Təmsilçimizin ilk dueli səfərdə olacaq.