"Ayaks"ı "Qarabağ"la görüşdə "böyük ordu" dəstəkləyəcək
Dekabrın 10-da UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 6-cı turu çərçivəsində "Qarabağ"ın qonağı olacaq "Ayaks"ı Bakıda çox sayda azarkeş dəstəkləyəcək.
"Mediasport" xəbər verir ki, Amsterdam təmsilçisinin 1500-ə yaxın fanatı görüşü stadiondan izləyəcək.
Niderland klubu Azərbaycan çempionundan 1450 yer istəyib.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də başlanacaq.
Xatırladaq ki, Niderland futbolunun nəhəngi cari turnirin geridə qalan 5 oyununun hamısında uduzub.
