"Zirə" Sumqayıtda "Torpedo"nu darmadağın etdi - YENİLƏNDİ
"Zirə" UEFA Konfrans Liqasının 1-ci təsnifat mərhələsində ilk oyununa çıxıb.
"Mediasport" xəbər verir ki, Rəşad Sadıqovun komandası Gürcüstanın "Torpedo" klubunu qəbul edib.
Matç "qartallar"ın böyükhesablı qələbəsi ilə yekunlaşıb.
Təmsilçimizin heyətində Ruan Renato (2) və Davit Volkov fərqləniblər.
Cavab oyunu iyulun 16-da baş tutacaq.
UEFA Konfrans Liqası. 1-ci təsnifat mərhələsi. İlk oyun
"Zirə" (Azərbaycan) - "Torpedo" (Gürcüstan) 3:0
Baş hakim: Yoni Hüttiya (Finlandiya)
"SOCAR Polymer Arena"


