"Qarabağ"la oyunları təxirə salındı, "Gəncəbasar"ı rəqib kimi seçdilər

 "Qarabağ"la oyunları təxirə salındı, "Gəncəbasar"ı rəqib kimi seçdilər

Premyer Liqanın 2-ci turunda "Qarabağ"la oyunu təxirə salınan “Kəpəz” yoxlama matçı keçirəcək.

"Mediasport" xəbər verir ki, Gəncə təmsilçisi “Gəncəbasar”la qarşılaşacaq.

Avqustun 23-də “Məşq Mərkəzi”ndə baş tutacaq görüş saat 17:30-da başlanacaq.

Xatırladaq ki, Ağdam klubu ilə qarşılaşma avrokubok səbəbindən təxirə düşüb.