"Neftçi"nin legioneri mükafat aldı

"Neftçi"nin legioneri mükafat aldı

Futbol üzrə Azərbaycan Premyer Liqasında “Ayın qolu” layihəsinin növbəti qalibi mükafatlandırılıb.

"Mediasport" xəbər verir ki, növbəti tədbir 10-cu turun "Şamaxı" - "Neftçi" oyunundan əvvəl baş tutub.

Sentyabrda ən yaxşı qol müəllifi seçilən “Neftçi”nin üzvü Qustavo Klismana mükafatı Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov təqdim edib.

Qeyd edək ki, braziliyalı sentyabrın 11-də Yevlax şəhər stadionunda keçirilmiş “İmişli” – “Neftçi” matçının (2:3) 80-ci dəqiqəsində akrobatik zərbə ilə qələbə qolunu vurmuşdu.