Azərbaycan Premyer Liqasından ayrılıb Qazaxıstana getdi - RƏSMİ
2025/2026 mövsümü başa çatdıqdan sonra "Sumqayıt"dan ayrılan Rayan Senhaci Qazaxıstan klubuna keçib.
"Mediasport" xəbər verir ki, fransalı mərkəz müdafiəçisi "Tobol"la müqavilə imzalayıb.
Bu barədə klubun rəsmi sosial şəbəkə hesabı vasitəsilə məlumat verilib.
2025-ci ilin yayında "Sumqayıt"a qoşulan 29 yaşlı futbolçu "gənclik şəhəri" təmsilçisinin heyətində ümumilikdə 32 oyuna çıxıb, 1 qol vurub və məhsuldar ötürmə edib.
O, karyerası ərzində Bolqarıstan, Əlcəzair, Danirmarka və Rusiyada da legioner həyatı yaşayıb.


