"Turan Tovuz" futbolçusu ilə müqaviləyə xitam verdi - RƏSMİ
"Turan Tovuz" futbolçusu Veysəl Rzayevlə yolları ayırıb.
"Mediasport" xəbər verir ki, tərəflər arasında müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
2022/2023 mövsümündən "Turan Tovuz"un şərəfini qoruyan yarımmüdafiəçi bu müddət ərzində Premyer Liqada 79 oyunda meydana çıxıb və 2 qolla yadda qalıb.
Qeyd edək ki, "Mediasport" futbolçunun "Kəpəz"ə keçəcəyi ilə bağlı dünən məlumat paylaşıb (https://mediasport.com.az/turan-tovuzun-futbolcusu-karyerasini-kepezde-davam-etdirecek)
