"Sabah bizim son şansımızdır, heç bir bəhanə qəbul olunmur"
"Sabah bizim son şansımızdır, inanırıq. Heç bir bəhanə qəbul olunmur".
"Mediasport" xəbər verir ki, bu sözləri UEFA Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi Niderlandın "Tvente" klubunun baş məşqçisi Yon van den Brom deyib.
Mütəxəssis sabah Bakıda baş utacaq cavab oyunu öncəsi təşkil edilən mətbuat konfransında fikirlərini bölüşüb:
"Bir günlük əlavə vaxtımız var idi. Dünən axşam Bakıya gəldik. İki saatlıq saat qurşağı fərqi var.
İqlimə də öyrəşmək lazımdır. Yaxşı şəraitdə səyahət etmişik. Sakit bir gün keçirdik".
İlk matça dəfələrlə baxmışıq. Əla səviyyədə oynamasaq da, bir çox şeyləri yaxşı etdik.
"Qarabağ" kimi komandanı məğlub etmək üçün hər kəs özünün ən yaxşı oyununu sərgiləməlidir.
Bir həftə ərzində hazırlığa kifayət qədər diqqət ayırdıq. Sabah var gücümüzlə mübarizə aparmaq üçün yetərincə əsaslarımız var".
Xatırladaq ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək cavab qarşılaşması saat 20:00-da start götürəcək.
Komandalar arasında ilk dueldə "Qarabağ" 1:0 hesablı qələbə qazanıb.


