"Neftçi"nin KL-də taleyi şimali irlandiyalılardan asılı olacaq
İyulun 30-da UEFA Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Bolqarıstanda keçiriləcək "Dinamo" Minsk - "Neftçi" matçının hakimləri açıqlanıb.
"Mediasport" xəbər verir ki, görüşü Şimali İrlandiyadan olan hakimlər briqadası diarə edəcək.
Stara Zaqora şəhərində təşkil olunacaq matçda baş hakim Tim Marşalla yan xətlərdə Georgios Argiropulos ilə Rayan Kelsi kömək edəcəklər.
4-cü hakim funksiyasını Şeyn Makqoniql yerinə yetirəcək.
Qarşılaşma Bakı vaxtilə saat 21:00-da başlanacaq.
Xatırladaq ki, ilk dueldə Belarus təmsilçisi Bakıda 4:2 hesablı qələbə qazanıb.


