Çempion daha 3-nü yola saldı

Çempion daha 3-nü yola saldı

"Şəfa" daha 3 futbolçusu ilə vidalaşıb.

"Mediasport" xəbər verir ki, müdafiəçi Hüseyn Mürsəlov, yarımmüdafiəçi Aqil Nəsibov və hücumçu Amir Ebrahimzadenin müqavilələrinin müddəti başa çatıb.

Paytaxt təmsilçisi bu futbolçuların sözləşmələrini yeniləməyib.

Xatırladaq ki, klub buna qədər Elgiz Kərəmli (baş məşqçi), Əli Həsənli, Zahid Mərdanov və Emin Zamanovla yollarını ayırıb.