Roman Qriqorçuk "Neftçi"dəki həmkarı barədə nələr dedi?

Roman Qriqorçuk "Neftçi"dəki həmkarı barədə nələr dedi?

"Neftçi"nin keçmiş baş məşqçisi Roman Qriqorçuk xələfi Yuri Vernidub haqda düşüncələrini bölüşüb.

"Mediasport" xəbər verir ki, hazırda vətənində "Çernomoreç"i (Odessa) çalışdıran mütəxəssis həmyerlisinin Azərbaycan klubunda yaxşı işlər gördüyünü vurğulayıb.

"Ağ-qaralar"a 4 ay rəhbərlik etmiş ukraynalı Vernidubun peşəkarlığının yüksək səviyyədə olduğunu qeyd edib:

"İnanıram ki, o, “Neftçi”də qarşıya qoyulan bütün tapşırıqların öhdəsindən gələcək. Komandanı daha da inkişaf etdirərək uğurlara aparacağınaşübhə etmirəm.

“Neftçi” kimi köklü və ənənələri olan klubun yenidən yüksək səviyyədə çıxış etməsi, xüsusilə də avrokuboklarda ölkəni təmsil etməsi çox vacibdir.

Arzu edirəm ki, komanda yaxın zamanda hədəflərinə çataraq azarkeşlərini sevindirsin”.

Xatırladaq ki, Qriqorçuk 2024-cü ilin iyunundan oktyabrınadək "Neftçi"də işləyib. Qısa müddətdə istefaya uğursuz nəticələrə görə göndərilib.